Dek 30, 2025 13:27 Asia/Baku
  • Xaricdə yaşayan 7 bloqçuya hökm oxunub

Azərbaycan mediasının məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi xaricdə yaşayan yeddi Azərbaycanlı bloggeri iğtişaşlara təhrik etməkdə, iğtişaşlar və digər cinayətlər törətməkdə təqsirli bilərək uzunmüddətli həbs cəzasına məhkum edib.

Hökmə əsasən, Azerfredoom YouTube kanalının rəhbəri Qurban Məmmədov və AzadSoz YouTube kanalının rəhbəri Tural Sadıqlı hər biri 14 il, bloqçular Elşad Məmmədov, Süleyman Süleymanlı, Orxan Ağayev, Rafael Piriyev və Orduxan Teymurxan isə hər biri 9 il həbs cəzasına məhkum ediliblər. Onlar Azərbaycan hakimiyyətini fəal tənqid edirlər.

Qeyd olunur ki, bloggerlər dələduzluqda, terrorizmə təhrik etməkdə, dövlət məmuruna tabe olmamaqda, silahlı üsyanda və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunublar.

2019-cu ilin may ayında Azərbaycan prokurorluğu blogger və fəal Tural Sadıqlıya qarşı cinayət işi açıb. O, İnterpol tərəfindən axtarışdadır. Sadıqlı cinayət təqibini təxribat adlandırıb. Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Qənimət Zahidi dövlət əleyhinə təhrikdə təqsirli bilərək, onu qiyabi olaraq yeddi il müddətinə azadlıqdan məhrum etdi.

Əlavə etmək lazımdır ki, Azərbaycan hökuməti bu il xaricdə yaşayan 24 tənqidçiyə qarşı cinayət işi açıb.