SEPAH xəbərdarlıq etdi:
Fitnə və təhlükəsizlik təhdidlərinə qarşı durmağa hazırıq
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH "9 Dey" qəhrəmanlığının ildönümünü əziz tutaraq, xəbərdarlıq edib ki, istənilən fitnə, iğtişaş, koqnitiv müharibə, təhlükəsizlik təhdidi və ya əraziyə yönəlmiş təcavüz qarşısında şücaətlə dayanacaq və İran İslam Respublikasının müstəqilliyini və təhlükəsizliyini qətiyyətlə müdafiə edəcək.
SEPAH-ın 9 Dey qəhrəmanlığının ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib ki, 1388-ci günəş ilinin "9 Dey" hadisəsi xarici düşmənlərin əməliyyat mərkəzlərində planlaşdırılan və bəzi daxili ünsürlərin müşayiəti ilə milli təhlükəsizliyi və ictimai həmrəyliyi hədəf alan mürəkkəb və çoxşaxəli fitnəyə qəti cavab idi.
SEPAH daxili fitnələrə və xarici təhdidlərə qarşı ayıq-sayıq olmağın vacibliyini vurğulayıb.
Bəyanatda qeyd olunub ki, 9 Dey hadisəsi və 12 günlük məcburi müharibə təcrübəsi göstərdi ki, milli birlik və müdrik rəhbərlik böhranlardan çıxışın əsas amilidir.
Bəyanatda düşmənlərin psixoloji müharibə və informasiya əməliyyatları ilə fitnəni yenidən yaratmağa çalışdığı bildirilir. Lakin SEPAH və Bəsic qüvvələri Rəhbərin yol göstərmələri və xalqın dəstəyi ilə istənilən təhlükəsizlik təhdidi, iğtişaş və ya əraziyə yönəlmiş təcavüzə qarşı dayanmağa hazırdır və ölkənin qüdrətini qoruyacaq.