Azərbaycan müxalifətindən Bakının 90 milyard dollarlıq ehtiyatlarına sərt tənqid
https://azeri.sahartv.ir/news/azərbaycan-i423460-azərbaycan_müxalifətindən_bakının_90_milyard_dollarlıq_ehtiyatlarına_sərt_tənqid
Azərbaycan Respublikasi müxalifətinin tanınmış nümayəndələrindən İlqar Məmmədov Bakının 90 milyard dollarlıq ehtiyatlarını yaşlılara qarşı ədalətsizlik və ictimai rifaha laqeydlik rəmzi kimi qiymətləndirib.
(last modified 2026-10-14T14:32:21+00:00 )
Okt 10, 2026 17:46 Asia/Baku
  • Azərbaycan müxalifətindən Bakının 90 milyard dollarlıq ehtiyatlarına sərt tənqid

Azərbaycan Respublikasi müxalifətinin tanınmış nümayəndələrindən İlqar Məmmədov Bakının 90 milyard dollarlıq ehtiyatlarını yaşlılara qarşı ədalətsizlik və ictimai rifaha laqeydlik rəmzi kimi qiymətləndirib.

İlqar Məmmədov “Facebook” sosial şəbəkəsindəki paylaşımında Azərbaycan hökumətinin 90 milyard dollardan çox maliyyə və valyuta ehtiyatı toplamasını kəskin tənqid edib.O, bildirib ki, yaşlı vətəndaşların bir qisminin cüzi sosial müavinətlərlə dolanmağa məcbur olduğu bir ölkədə dövlət rəsmilərinin bu qədər böyük həcmdə vəsait toplamaqla fəxr etməsi düzgün və ədalətli deyil.O, hökumətə böyük valyuta ehtiyatlarının bir hissəsini əhalinin həyat səviyyəsinin və rifahının birbaşa yaxşılaşdırılmasına yönəltməyi, eyni zamanda iqtisadi azadlıqları genişləndirərək özəl sektor nümayəndələrinin fəaliyyəti üçün əlverişli şərait yaratmağı təklif edib.