Çin ABŞ dollarını kənara vurmağa hazırlaşır
May 24, 2015 21:04 Asia/Baku
-
Yuan dolları ötür
Bəzi məlumatlara görə Çin ABŞ dollarını dünyanın birinci valyutası kimi kənara vurmaq və yuanla əvəz etməyə hazırlaşır.
Səhər Beynəlxalq Televiziya kanalının Duowei News internet portalına istinadən verdiyi məlumata görə, Çin iri valiyuta ehtiyatı və Amerikadan satın aldığı qiymətli kağızların hesabına Amerika dollarının stabilliyini pozmağa və öz milli valyutası olan yuanı dünyanın maliyyə dövriyyəsinin əsas valyutasına çevirməyə qadirdir. Bu məlumata görə, Çin 30 min ton qızıl ehtiyatına malik olaraq ABŞ dollarının stabilliyini pozmağa doğru hərəkət etməkdədir. Hal hazırda dollar beynəlxalq valyuta fondunun ilk valyutası hesab olunur. Duowei News internet portalı bu məlumatın davamında yazır: İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının proqnozlarına görə Çin iqtisadiyyatı 2016-cı ildə ABŞ iqtisadiyyatını ötüb-keçəcək və belə bir təqdirdə yuan avtomat olaraq dünyanın birinci valyutasına çevriləcək.