Amerika Əfqanıstanda daimi hərbi baza yaradır
May 25, 2015 10:57 Asia/Baku
Əfqanıstanda təhlükəsizliyə kömək üzrə beynəlxalq qüvvələrin(İSAF) komandanı ABŞ ilə onun NATO-dakı müttəfiqlərinin 2016-cı ildən sonra Əfqanıstanda hərbi iştirak üzrə niyyətindən xəbər verib.
Səhər kanalının məlumatına görə, general Con Kəmbel Vaşinqton Post qəzeti ilə müsahibədə ehtimal verib ki, Vaşinqton və NATO-nun üzvləri bu məqsədlə Kabildə daimi hərbi baza yaradacaqlar.O, əlavə edib: Bu haqda yekun qərar yayda NATO-nun Varşava iclasında çıxarılacaq.
Bundan öncə NATO-nun baş katibi üzv ölkələrin xarici işlər nazirlərinin cari ayın ortalarında Türkiyənin Antaliya şəhərində keçirilmş iclasından sonra hazırkı tapşırığın təkmilləşməsindən sonra Əfqanıstanda uzunmüddətli iştirak üzrə NATO-nun qərarından söz açmışdı.
Qeyd edək ki, cari ilin bir yanvarından başlanmış NATO-nun yeni tapşırığında bu paktın 12500 hərbçisi Əfqanıstanda iştirak edir ki, onların əksəriyyəti amerikalıdır.