2 Amerika qırıcısı AirFrance təyyarəsini Nyu-Yorkda enişə məcbur etdi
May 26, 2015 13:27 Asia/Baku
Bomba təhlükəsi iki Amerika qırıcı təyyarəsinin AirFrance hava yolları şirkətinə aid sərnişin təyyarəsini Nyu-Yorkun Con F.Kennedi hava limanında eniş etməyə məcbur etməsinə səbəb olub.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, ötən gün Parisin Şarl Dogel hava limanından havaya qalxan AirFrance 2AF02 uçuşlu təyyarə bomba təhlükəsi ilə əlaqədar telefon əlaqəsi ardınca Amerikanın 2 F-15 qırıcısının müşayiət etməsi ilə qarşılaşıb.Bu məlumata görə, bu təyyarə pilotlarının Amerikanın aeronavtika məsulları ilə əlaqələrinə cavab verməmələrindən sonra məsələ daha da sərtləşib.
Sərnişin təyyarəsi Con F.Kennedi hava limanında eniş etdikdən sonra yoxlanmaq üçün təhlükəsiz məkana nəql olunub.
Bomba təhlükəsi Amerikanın Meriland ştatından bir telefon əlaqəsi ilə bildirilib. Amerikanın Federal Təhlükəsizlik Bürosu FTP təyyarədə axtarış aparıb, lakin bomba tapmayıb.