May 31, 2015 12:52 Asia/Baku
  • Beynəlxalq Amnistiya Təşkilatı Ərəbistanı dini ayrı-seçkiliyə son qoymağa çağırdı
    Beynəlxalq Amnistiya Təşkilatı Ərəbistanı dini ayrı-seçkiliyə son qoymağa çağırdı

Beynəlxalq Amnistiya Təşkilatı Ərəbistandan istəyib ki, dini ayrı-seçkiliyə son qoyaraq, şiələrə qarşı kobudluqları dayandırsın.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Afrikanın şimalı üzrə proqramlarının müdir müavini Səid Bumduhə Ərəbistanın şərqində şiələrə qarşı terror hücumlarına reaksiya olaraq, bu kimi hərəkətləri qəbuledilməz adlandırıb. Bumduhə Ərəbistan rəsmilərindən istəyib ki, bu ölkə şiələrinə qarşı zorakılıqlar və kobudluqlara son qoyaraq, bu istiqamətdə ciddi addımlar atsınlar. Çünki belə olmazsa, Ər-Riyadın şiələrə qarşı kobudluqların artmasına laqeyd münasibət bəslədiyi fikrini doğrultmuş olacaqlar.

Teqlər