Amerikada 4 milyon dövlət işçisinin məlumatları həkk olunub
İyun 05, 2015 09:24 Asia/Baku
-
ABŞ-da 4 milyon dövlət işçisinin məlumatı həkk olunub
ABŞ hökuməti təxminən 4 milyon dövlət işçisinin məlumatlarının həkk olunduğunu təsdiqləyib.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, ABŞ hökuməti cümə axşamı günü bildirib: Hakerlər kibernetik hücumlarda sabiq və hazırkı 4 milyon dövlət işçisinin məlumatlarını əldə ediblər.Bu məlumata görə, Amerikada fərdi menecerlik idarəsi aprel ayında bu sahədə məlumatları əldə edib ki, 4 milyon nəfərin məlumatlarının həkk olunduğunu göstərir.
Məlumata görə, hələlik Amerikada yüksək səviyyəli işçilərin də həkk olunanlar arasında olduğu müəyyənləşməyib.
Vaşinqton Postun yazdığına görə, Amerika dövlət rəsmiləri iddia edirlər ki, Çin hakerləri bu kibernetik hücumların arxasındadır.