İyun 05, 2015 13:29 Asia/Baku
  • Çin: Nüvə məsələsində yeni tələblər irəli sürülməməlidir
    Çin: Nüvə məsələsində yeni tələblər irəli sürülməməlidir

Çin xarici işlər naziri İranla 5+1 Qrupu arasındakı müzakirələrdə iştirak edən bütün tərəflərini yeni tələblər irəli sürməməyə və iştirakçıların qanuni nigaranlıqlarına hörmətlə yanaşmaya çağırıb.

Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiyada səfərdə olan Çin xarici işlər naziri Vanq İ deyib: Müzakirələrin yekun mərhələlərdə olduğunu nəzərə alaraq vəziyyət çox mürəkkəbləşmişdir. Lakin hamı səbirli olmalıdır.
Çin Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq bildirib: Vanq İ rus və iranlı həmkarları ilə görüşdə deyib: Biz müzakirələrin bu mərhələsini Lozanna çərçivə anlaşmasına əsasən irəlilətməli və müzakirələr yolunun mürəkkəbləşməsinin qarşısını almaq üçün tərəflərdən heç biri yeni tələblər irəli sürməməlidirlər.
Vanq İ bildirib ki, Çin öz müsbət rolunu oynamağı davam etdirəcək.

Teqlər