İnsan Haqları Şurasının komissarı Şeyx Əli Salmanın azadlığını istədi
İyun 06, 2015 13:39 Asia/Baku
BMT-nin İnsan Haqları Şurasının komissarı Bəhreynin Əl-Vifaq Milli-İslam Cəmiyyətinin baş katibinin azad olunmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının Bəhreynin əl-Vifaq xəbər portalına istinadla verdiyi məlumata görə, BMT-nin İnsan Haqları Şurasının komissarı Zeyd Bin Rəd bir bəyanat verərək, Ali-Xəlifə ejimindən istəyib ki, əl-Vifaq Milli-İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salman və Bəhreyn İnsan Haqları Mərkəzinin rəhbəri Nəbil Rəcəbin azadlığına şərait yaratsın.Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Şimali Afrika Proqramı üzrə direktorunun müavini Səid Bumduhə bildirmişdi ki, Şeyx Əli Salmana qarşı irəli sürülən ittihamlar əsassızdır; o siyasi məhbus hesab olunur və dərhal azad edilməlidir.