İyun 07, 2015 08:23 Asia/Baku
  • Amerikalılar silahlı insidentlərə son qoyulmasını istədilər
    Amerikalılar silahlı insidentlərə son qoyulmasını istədilər

ABŞ paytaxtının əhalisi bu ölkədə silahlı insidentlərə qarşı aksiya keçirib.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Vaşinqton əhalisi şənbə günü bu şəhər küçələrində aksiya keçirərək bu ölkədə silahlı insidentlərə son qoyulmasını tələb edib.
Bir qrup hüquq fəalı və silahlı insidentlərin qurbanlarının ailələri də Vaşinqtonda keçirilən aksiyada iştirak ediblər.
Vaşinqton əhalisi silah alqı-satqısından faydalanan təşkilat və şirkətlərə qarşı şüarlar səsləndirib.
ABŞ hökuməti ötən iki ildə silahın daşınması qanununda islahat aparmağa çalışıb. Lakin böyük silahqayırma şirkətlərinin sahibləri Konqresdəki nüfuzundan istifadə edərək silahın daşınması üçün məhdudiyyətin yaradılmasına icazə vermirlər.

Teqlər