İyun 07, 2015 17:00 Asia/Baku
  • Barak Obama
    Barak Obama

ABŞ prezidenti G-7 Qrupuna üzv dövlət başçılarının sammiti başlamazdan öncə deyib: Bu iclasda Rusiyanın Ukraynadakı avantüristliyi və ifratçılıqla mübarizə və iqlim dəyişiklikləri ilə əlaqədar həll yollarını araşdıracağıq.

Səhər Beynəlxalq Televiziyasının Röytersə istinadlı məlumatına görə, G-7 qrupunun iclası başlamazdan öncə Merkellə görüşən Obama əlavə edib: Müştərək gələcək, beynəlxalq iqtisadiyyat, işlə təminetmə, güclü və rifahı olan Avropa Birliyinin qorunması, Atlantik okeanın iki tərəfi arasında önəmli ticarət əlaqələri, eləcə də Rusiyanın Ukraynadakı avantüristliyi, ifratçılıqdan yaranan hədə ilə mübarizə barəsində 2 gündə danışıqlar aparılacaq.
O əlavə edib: Bütün bu məsələlər barədə Almaniya kanslerinin əməkdaşlığına təşəkkürümü bildirirəm.
Merkel də cavabında deyib: Bəzi hallar barədə fikir ayrılıqlarına baxmayaraq Amerika Almaniya üçün çox önəmli dost və şərikdir.
Dünyanın 7 sənaye ölkəsi G-7 qrupuna üzv ölkələrin dövlət başçılarının sammiti bu gün və sabah Almaniyada keçiriləcək.

Teqlər