Merkel: İran İŞİD-lə mübarizədə önəmli oyunçudur
İyun 09, 2015 09:09 Asia/Baku
Almaniya kansleri deyib: Nüvə anlaşması hamının istəyidir. Çünki İran İslam Respublikası İŞİD terror qruplaşması ilə mübarizədə önəmli oyunçudur.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Almaniya kansleri Angella Merkel bazar ertəsi günü G-7 qrupunun mətbuat konfransında deyib: Rusiyanın müxtəlif beynəlxalq məsələlərin həlli, o cümlədən İranın nüvə müzakirələrindəki rolu önəmlidir.Almaniya kansleri əlavə edib: Qərb 5+1 Qrupu çərçivəsində İranın nüvə fəaliyyətləri üzərində müzakirələr aparmaqdadır və Rusiya bu müzakirələrdə qərbin şəriki hesab olunur.
Merkel bildirib: Müzakirələrin çərçivəsi Rusiyanın iştirakı olmadan beynəlxalq böhranları həll etməyin mümkün olmadığını göstərir.