7-lər qrupunda Obamanın Əlibadiyə laqeydliyi
İyun 10, 2015 18:44 Asia/Baku
Almaniyada 7-lər qrupunun sammitində ABŞ prezidentinin İraqın baş nazirinə məhəl qoymaması haqda təsvirlərin yayılması Ağ Evi reaksiyaya məcbur edib.
IRIB-nin Frans-Press-ə istinadlı məlumatına görə, Ağ Evin sözçüsü bu etikadan uzaq davranışı əsaslandıraraq, Obamanın narsizminə yönəlmiş tənqidləri mənasız adlandırıb və deyib ki, Obama və Əlibadi bu iclasda bir neçə dəfə görüşüblər.7-lər qrupunun sammitinin kənarında Heydər Əlibadi Obamanın arxasını ona çevirdiyi bir halda onunla danışmağa çalışır, amma Obamanın laqeydliyi ilə üzləşir.
Bundan öncə ABŞ-ın müdafiə naziri Eşton Karter də qalmaqallı bir ifadədə İraqın Əlrəmadi şəhərinin süqut etməsinin dəlilini iraqlıların iradəsizliyi adlandırmışdı. Bu ifadə sonradan qalmaqala səbəb oldu.