Ukraynanın Donbas məntəqəsində 7 yaralı
İyun 10, 2015 19:35 Asia/Baku
Ukrayna ordusunun sözçüsü bu ölkənin şərqindəki Donbas məntəqəsində 7 ordu qüvvəsinin yaralanmasından xəbər verib.
İnterfaks-ın məlumatına görə, Ukrayna ordusunun sözçüsü Andrey Lisenko bu gün bir mətbuat konfransında deyib ki, ötən sutka ərzində bu ölkə ordusu Donbas məntəqəsində heç bir itki verməyib, amma ordu qüvvələrindən yeddisi yaralanıbdır.Belə bir halda, Ukrayna parlamentindəki müxalif fraksiya bazar ertəsi günü bildirib ki, Ukrayna dövləti bu ölkənin ərazi bütövlüyünün qorunmasına əsaslanan Minsk razılaşmasını icra etmək yerinə, Donbas məntəqəsini ölkənin digər məntəqələrindən ayırmaq üçün əlindən gələni əsirgəmir.
Müxaliflərin dediklərinə görə, Ukrayna dövləti Minsk razılaşmasının icrasına laqeyd yanaşaraq, bu ölkədə müharibə alovunu qızışdırır.
Ukraynanın şərqi 2014-cü ilin aprelindən bəri bu ölkə ordusu ilə Rusiyanın dəstəklədiyi silahlı müxaliflərin qanlı döyüşləri səhnəsidir.