Ukraynaya silahın göndərilməsilə müxalifət
İyun 10, 2015 19:44 Asia/Baku
8 NATO ölkəsinin vətəndaşlarının əksəriyyəti müxaliflərlə mübarizə üçün Kiyevə silahın göndərilməsilə müxalifət edib.
Frans-Press-in məlumatına əsasən, Amerikada Pyu(Pew) araşdırma müəssisəsinin bu gün yayılmış geniş rəy sorğusunun nəticələrinə görə, Fransa, Almaniya və İtaliyada respondentlərin çoxu bu qənaətdədir ki, əgər Rusiya digər bir NATO ölkəsinə hücum edərsə, bu pakt hərbi qüvvəyə söykənməməlidir.Pyu müəssisəsi bu rəy sorğusu ilə belə bir nəticəyə gəlibdir ki, NATO-nun mühüm ölkələrindəki ümumi fikir Rusiyanı qonşu ölkələr üçün hərbi təhdid bilirlər, amma onların az bir hissəsi Kiyevə silahın göndərilməsini dəstəkləyir.
Bu rəy sorğusuna görə, ABŞ, Kanada, İtaliya, Fransa, İngiltərə, Almaniya, İspaniya və Polşadakı respondentlərin 41 faizi Kiyevə silahın göndərilməsini dəstəkləyir.
Pyu müəssisəsinin digər statistikasına əsasən, NATO ölkələri vətəndaşlarının 57 faizi Ukraynanın NATO-ya qatılmasını dəstəkləyir.
Bu müəssisənin rəy sorğusunun nəticələrinə görə, NATO ölkələrinin xalqları NATO-nun Ukrayna münaqişəsinə müdaxiləsinə meysizdirlər. Bu rəy sorğusu aprelin altısından mayın 15-dək telefon formasında on NATO ölkəsində keçirilib.