İyun 14, 2015 12:52 Asia/Baku
  • Hakerlər Angella Merkelin kompüterinə hücum ediblər
    Hakerlər Angella Merkelin kompüterinə hücum ediblər

Almaniya kanslerinin kompüteri hakerlərin kiber hücumuna məruz qalıb.

Səhər Beynəlxalq Televiziyasının Bild qəzetinə istinadla verdiyi məlumata görə, 2015-ci il may ayında Almaniya kansleri Angella Merkelin ofisinin kompüterinə hücum mütəxəssislərin ilkin proqnozlarından çox geniş olmuşdur.
Bu məlumata görə, kiber hücumda hakerlər Angella Merkelin kompüterinə nüfuz edə biliblər.
Almaniya kansleri ofisinin rəsmiləri bildiriblər ki, bu kiber hücumu edən və yaxud edənlər müəyyənləşməyiblər.
Şənbə günü Almaniya parlamenti, informasiya texnologiyaları sahəsinin təhlükəsizliyini təmin etmək üçün qanun təsdiqləyib.
Bu qanun elə bir halda təsdiqlənib ki, Almaniya parlamenti hazırda öz fəaliyyəti tarixində hakerlərin ən böyük kiber hücumları ilə üzləşib.

Teqlər