Amerika MKİ həbsxanaları barədə araşdırmaya mane olur
İyun 14, 2015 13:25 Asia/Baku
Polşa Baş Prokurorluğu bildirib ki, Amerika zəruri sənədlərin əldə olunması ilə bağlı müraciətləri rədd edərək, MKİ-nin gizli həbsxanası barəsində araşdırmanın aparılmasına mane olur.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Polşa Baş Prokurorluğunun sözçüsü Pyort Kasmati Associated Press-ə deyib: Bu sənədlərdən Amerika Senatı-nın hesabatını göstərmək olar. Belə ki, həmin hesabatda bu ölkənin casusluq qurumunun fəaliyyətləri qeyd olunub. Ötən dekabrda hazırlanan bu hesabat MKİ-nin 2003-2013-cü illərdə Polşadakı gizli həbsxanalarının olduğunu təsdiqləyir.Kasmati əlavə edib: Polşa Amerikadan bu sənədin tam nüsxəsini dərhal Varşavaya verməsini istəyib. Lakin amerikalılar bu müracaiətə indiyə qədər cavab verməyiblər.