İyun 15, 2015 09:35 Asia/Baku
  • Vyanada 7-ci tur müzakirələr sona çatıb
    Vyanada 7-ci tur müzakirələr sona çatıb

Lozanna anlaşmasından sonra İran və 5+1 Qrupunun xarici işlər nazirləri müavinlərinin 7-ci tur nüvə müzakirələri Vyanada sona çatıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, yekun anlaşma mətninin tənzimlənməsi istiqamətində bazar günü İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi ilə Altılıq qrupunun nümayəndəsi olaraq Avropa Birliyinin xarici siyasət məsələləri üzrə məsul şəxsinin müavini Helqa Şmidt arasında müzakirələr 4 saat davam edib. Müzakirələrin davamı ekspert heyətlərinə həvalə olunub.
Həmin çərçivədə İran və 5+1 Qrupu ekspertlərinin iclasları Vyanada davam edib.
Yekun Müştərək Təşəbbüs Proqramının mətninin tənzimlənməsi üzrə müzakirələrin 7-ci turu ötən çərşənbə günündən başlanıb və İran xarici işlər nazirinin müavinləri müzakirələrdə iştirak edirlər.
Nazir müavinləri daxili iclasdan sonra Tehrana dönəcəklər.

Teqlər