İyun 19, 2015 17:30 Asia/Baku
  • FTB İŞİD-in Amerikaya nüfuzunu önləyə bilmir
    FTB İŞİD-in Amerikaya nüfuzunu önləyə bilmir

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun rəisi Ağ Evin terrorçuları himayə etməsini ört-bastır etsə də, eyni zamanda etiraf edib ki, FTB İŞİD-in sosial şəbəkələr vasitəsilə ABŞ vətəndaşları ilə əlaqə yaratmalarını önləyə bilmir.

İraqın Süməriyyə informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ-ın Federal Təhqiqatlar Bürosunun sədri Ceyms Kami cümə günü deyib: İŞİD ABŞ vətəndaşlarını sosial şəbəkələr vasitəsilə öz sıralarına cəzb edir və FTB indiyə kimi amerikalıların İŞİD-ə qoşulmasını önləyə bilmir.
C.Kami həmçinin deyib: FTB amerikalıların sosial şəbəkələr vasitəsilə İŞİD ilə əlaqə saxlaması və onun sıralarına qoşulmasını önləməyə qadir deyil.
FTB şefinin İŞİD ilə bağlı iddiası elə bir haldadır ki, Ağ Ev İraq və Suriyada terrorçu qrupların başlıca himayədarıdır.

Teqlər