İngiltərə Yəməni vursun deyə Ərəbistanı silahlandırır
İyun 20, 2015 10:59 Asia/Baku
İngiltərə hökuməti Yəmənə qarşı hücumlarda istifadə etməsi üçün Ərəbistana silah verməsini təsdiq etdi.
PressTV-nin məlumatına görə, İngiltərə Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, ölkəsi Ərəbistanın Yəmənə olan hücumlarını bu ölkəyə texniki dəstək və istiqamətləndirilən raketlər verməklə himayə edib. İngiltərə rəsmisi həmçinin bildirib ki, Ərəbistan rəsmiləri İngiltərədən aldıqları silahlardan beynəlxalq qaydalar əsasında istifadə edəcəkləri barədə Londonu əmin ediblər.Digər tərəfdən silah ticarəti ilə mübarizə fəalları İngiltərə hökumətini beynəlxalq ekspertlər tərəfindən qeyri qanuni adlandırılan bir müharibəni himayə etməkdə ittiham ediblər.
Səudiyyə Ərəbistanı Yəmənə qarşı hava hücumları həyata keçirməklə bu ölkədə böyük bir insan faciəsinə səbəb olub. Ərəbistanın Yəmənə olan hücumlarında indiyə kimi 2600 nəfər həlak olub, 9755 nəfər isə yaralanıb.
Ərəbistan qırıcılarının qurbanlarını əsasən sivil əhali təşkil edir.