Amerikada hərbi baza önündə baş vermiş silahlı insident zamanı 2 nəfər yaralanıb
İyun 21, 2015 09:15 Asia/Baku
-
Amerikada silahlı insident
Amerikada bir hərbi bazanın girəcəyi önündə baş vermiş atışmada 2 nəfər yaralanıb.
Beynəlxalq Səhər Kanalının Frans Press-ə istinadlı məlumatına görə, ABŞ-ın hərbi mənbələri bildiriblər ki, "Little Rock" hava bazasının girəcəyi qarşısında silahlı insident baş verib. ABŞ Hava Qüvvələrinin mətbuat xidmətindən Kris Karns bildirib ki, ilkin məlumatlara görə, bir nəfər "Little Rock" hava bazasının girəcəyinə yaxınlaşıb və atəş açmağa başlayıb.Kris Karns hadisənin detallarına işarə etməyərək, deyib: Təhlükəsizlik qüvvələri məsələyə müdaxilə edərək, yaranmış vəziyyətə son veriblər.
Amerikada odlu silahdan istifadə edərək, törədilən kobudluq halları bu ölkə üçün ciddi problemə çevrilib.