3000 Mərkəzi Asiya vətəndaşı İŞİD sıralarında
İyun 21, 2015 13:03 Asia/Baku
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Mərkəzi Asiya ölkələrindən təqribən 3000 nəfərin Suriya və İraqda İŞİD terror qruplaşması sıralarına qoşulduğunu bildirib.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, Nikolay Bordyuja deyib: Rusiyadan 2000, Qazaxıstandan isə 400 nəfər İŞİD-ə qoşulub.Bordyuja sosial şəbəkələri və beynəlxalq terrorizm ilə mübarizədəki yetərsizliyi bu insanların İŞİD-ə qoşulmasının başlıca səbəbi adlandırıb və deyib: Artıq neçə ildir ki, beynəlxalq terrorizm ilə mübarizə sahəsində real əməkdaşlıq yoxdur.
KTMT-nın baş katibi İŞİD-ə qoşularaq Suriya və İraqda hökumət əleyhinə savaşan digər ölkə vətəndaşlarının sayı barədə məlumat verməyib.
Tacikistan rəsmiləri bundan öncə 400 dən çox ölkə vətəndaşının Suriya və İraqda İŞİD-in sıralarına qoşulmasından xəbər vermişdilər.
BMT-nin baş katibi Pan Gi Mun da son zamanlar xəbərdarlıq edib ki, Mərkəzi Asiya ölkələri vətəndaşları İŞİD-ə qoşulmağa başlayıblar ki, bu da dünya sülhü və təhlükəsizliyi üçün təhdid sayılır.