İyun 23, 2015 09:17 Asia/Baku
  • Ağ Evin sözçüsü: Nüvə müzakirələri üçün təyin olunmuş möhlət uzadıla bilər
    Ağ Evin sözçüsü: Nüvə müzakirələri üçün təyin olunmuş möhlət uzadıla bilər

Ağ Evin sözçüsü nüvə müzakirələrində yekun anlaşmanın əldə olunması üçün son tarix kimi təyin olunmuş günün dəyişdirilməsi ehtimalından danışıb.

Röyters-in məlumatına görə, Ağ Evin sözçüsü bazar ertəsi günü Vaşinqtonda jurnalistlər qarşısında deyib: Nüvə müzakirələrində anlaşmanın əldə olunması üçün son tarix kimi təyin olunmuş 30 iyun tarixinin dəyişdirilməsinə ehtiyac yarana bilər.
Ağ Evin sözçüsü 30 iyun tarixinin hələ də qüvvədə qaldığını amma, lazım gələrsə onun bir qədər geriyə atılması ehtimalının olduğunu bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kerbi də bazar ertəsi günü jurnalistlər qarşısında demişdi ki, ABŞ öncəliyii 30 iyun tarixinə kimi anlaşmanın əldə olunmasıdır. Amma, reallıqları da qəbul etmək lazımdır, anlaşmanın tarixi, anlaşmanın özündən daha önəmli deyil.
Bundan öncə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də bazar ertəsi günü Lüksemburqda jurnalistlər qarşısında bildirmişdi ki, yaxşı və münasib bir anlaşmanın əldə olunmasının əhəmiyyəti, onun, anlaşmanın əldə olunması üçün təyin olunmuş son tarixdən bir neçə gün tez və ya gec əldə olunmasından daha önəmlidir.
Məhəmməd Cavad Zərif həmçinin deyib: İran ilə müzakirə aparan bütün tərəflər artıqtamahlıqdan və beynəlxalq qaydalardan kənar iddialar irəli sürməkdən çəkinməlidirlər ki, anlaşmanın əldə olunması mümkün olsun.

Teqlər