Pensilvaniyada silahlı şəxs küçədən keçənlərə atəş açaraq 7 nəfəri yaralayıb
https://azeri.sahartv.ir/news/dünya-i195118-pensilvaniyada_silahlı_şəxs_küçədən_keçənlərə_atəş_açaraq_7_nəfəri_yaralayıb
ABŞ-ın Pensilvaniya ştatında naməlum silahlı küçədən keçənlərə atəş açaraq 7 nəfəri yaralayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2015 11:43 Asia/Baku
  • Pensilvaniyada silahlı insident
    Pensilvaniyada silahlı insident

ABŞ-ın Pensilvaniya ştatında naməlum silahlı küçədən keçənlərə atəş açaraq 7 nəfəri yaralayıb.

APA-nın NBC telekanalına istinadən verdiyi xəbərə görə, yaralananlar arasında 3 və 11 yaşlı qız, 9 yaşlı oğlan uşaqları da var.

Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə yerində araşdırma aparan polisin sözlərinə görə, cinayətin baş verdiyi Filadelfiya şəhərinin Hilton küçəsində silah tapılıb, atəşin məhz həmin silahdan açıldığı ehtimal olunur.

Polis cinayətkarı isti izlərlə tapmağa müvəffəq olmayıb.

Xatırladaq ki, iyun ayının 20-də Filadelfiya şəhərində 10 nəfərin yaralanması ilə nəticələnən analoji hadisə baş vermişdi.