İyun 23, 2015 19:40 Asia/Baku
  • İraqın şimal və qərbində onlarla terrorçu məhv edilib
    İraqın şimal və qərbində onlarla terrorçu məhv edilib

İraqın qərbində ordu qüvvələri ilə toqquşmada onlarla terrorçu məhv edilib.

İRİB-nin məlumatına görə, İraqın qərbində, əl-Ənbar vilayətindəki təhlükəsizlik qüvvələrinin qərargahı bildirib ki, təhlükəsizlik qüvvələrinin əl-Ənbar vilayətinin qərbində, Hədisə şəhərinin Pərvanə məntəqəsində İŞİD terrorçularına qarşı əməliyyatında 32 terrorçu məhv edilib.
İraq ordusunun əl-Ənbar vilayətində həyata keçirdiyi əməliyyatlar davam edir və İraq ordusunun ağır artilleriya atəşi nəticəsində əl-Ənbar vilayətinin mərkəzi olan əl-Rəmadi şəhərinin cənub-şərqində, Səqlaviyə şəhərinin Buşcil məntəqəsində 20 terrorçu ölüb.
İraqın şimalında, Səlahəddin vilayətində də xalq qüvvələri komandanlığı bildirib ki, xalq qüvvələri Bici şəhərinin şimalında 10 İŞİD terrorçusunu məhv ediblər.
İraqlı qüvvələr həmçinin Bici şhərində Təl-Zətər məntəqəsini terrorçulardan təmizləyiblər. Həmçinin, Bici neftayırma zavodunun yaxınlığında yerləşən Bucvar kəndi də terrorçuların işğalından azad edilib.

Teqlər