İyun 26, 2015 08:40 Asia/Baku
  • Putin Obamadan Ukrayna böhranın müzakirə edilməsini istədi
    Putin Obamadan Ukrayna böhranın müzakirə edilməsini istədi

Rusiya prezidenti amerikalı həmkarından istəyib ki, Ukrayna böhranı barədə müzakirə aparsın.

Fransa xəbər agentliyinin məlumatına görə, Vladimir Putin cümə axşamı ABŞ prezidenti Barak Obama ilə telefon söhbətində Ukrayna böhranı , İŞİD terror qruplaşı ilə mübarizə və İranın nüvə işi ilə bağlı müzakirələrin aparılmasını istəyib.
Bu məlumata görə, Ağ Ev bir bəyanat yayaraq, bildirib ki, Ukraynada müxalif qüvvələri himayə etməsini dəfələrlə rədd edən Putin, Obama ilə telefon söhbətində Ukraynanın şərqində sabitlik və təhlükəsizliyin bərqərar edilməsi üçün yeganə həll yolunun müzakirə olduğunu deyib.
Ağ Evin bəyanatında həmçinin deyilir: Rusiya prezidenti Ukrayna böhranına son qoymaq üçün Minsk anlaşmasının icrasını zəruri hesab edir.
Putin və Obama bu telefon söhbətində Suriya böhranın da araşdırıblar.

Teqlər