Avstriya: Nüvə anlaşması İranla əlaqələri yaxşılaşdırmaq üçün fürsətdir
İyun 27, 2015 09:05 Asia/Baku
Avstriya Xarici İşlər Nazirliyi bildirib ki, İran və Qərbin əlaqələrinin yaxşılaşdırılması üçün nüvə anlaşması fürsətdir.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Avstriya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Vays ölkəsinin İranla çox yaxşı münasibətinin və Avstriyanın Tehranda səfirlik və mədəniyyət mərkəzinin olduğunu bildirərək deyib: Əgər nüvə müzakirələri hamının bir həll yolu üzərində anlaşa biləcəyi şəraitə çata bilərsə, nəticədə İran üçün də çox yaxşı fürsət olacaq ki, təkcə Avstriya ilə deyil, bütün dünya ilə daha yaxşı əlaqələrə malik olsun.Martin Vays kibernetik hücumlar və İran və 5+1 qrupunun keçirildiyi məkanlardan casusluq məsələsi barəsində deyib: İstənilən casusluğun qarşısının alınması önəmli məsələdir və bu barədə bu müzakirələrdə olan digər tərəflər, o cümlədən İranın əməkdaşlığı ilə avstriyalı ekspertlər tərəfindən araşdırma aparılır.
İran və 5+1 Qrupu rəsmiləri Yekun Müştərək Təşəbbüs Proqramı mətninin tənzimlənməsi çərçivəsində Vyanadadırlar.
İran və 5+1 Qrupunun nüvə müzakirələrinin son turu 2015-ci il iyun ayının birində başa çatacaq.