Nüvə müzakirələri barədə respublikaçıların təzyiqi davam edir
İyun 27, 2015 10:09 Asia/Baku
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin rəhbəri bir bəyanatda bu ölkənin dövlət katibindən Vyanadan İranla münasib nüvə anlaşması əldə edərək Vaşinqtona qayıtmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının Mehri İnformasiya Agentliyinə istinadlı məlumatına görə, respublikaçı Ed Roys ABŞ dövlət katibinə məktub ünvanlayıb. Con Kerri ötən gecə iranlı həmkarı ilə müzakirə aparmaq üçün Avstriya paytaxtı Vyanaya səfər edib.ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Con Kerriyə təklif edib ki, Obamanın sabiq müşavirlərinin məktubunu İranla 5+1 Qrupunun müzakirələri masasına aparsın.
Roys çərşənbə günü də Obamaya ünvanladığı məktubda İranla nüvə müzakirələrinin hazırkı formasını tənqid etmişdi.
ABŞ konqresmenlərinin təsdiqlədikləri layihəyə əsasən, İran və 5+1 Qrupu arasında imzalanacaq istənilən nüvə anlaşması təsdiq olunmaq üçün 30 gün ərzində Konqresdə araşdırılacaq.
İran və ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniyadan ibarət 5+1 Qrupu nümayəndələri 2 aprel Lozanna müzakirələrinə əsasən Yekun Müştərək Təşəbbüs Proqramı mətninin tənzimlənməsi üçün müzakirələri davam etdirirlər.