İyun 29, 2015 12:45 Asia/Baku
  • Amerikada kosmosa uçan raket partladı
    Amerikada kosmosa uçan raket partladı

Amerikanın bir kosmik raketi 3 dəqiqə uçuşdan sonra partlayıb.

Səhər kanalının xarici medialara istinadlı məlumatına görə, Beynəlxalq Korsmik Stansiyaya «Dragon» kosmik məkiyi ilə yük aparan «Falkon 9» startdan 3 dəqiqə sonra partlayıb. Gəmi Beynəlxalq Korsmik Stansiyaya 2 ton ərzaq və təchizat çatdırmalı idi.

NASA raketin qalıqlarının Atlantik okeanına düşdüyünü bəyan edib.

SpaceX kompaniyasının əsasını qoyan İlon Maks öz Twitter–də problemlərin uçuşdan əvvəl başladığını deyib. Onun sözlərinə görə, maye oksigen olan rezervuarda təzyiqin həddən artıq olması partlayışla nəticələnə bilərdi. Bununla belə, qəzanın dəqiq səbəbləri hadisənin dəqiq analizindən sonra açıqlanacaq.

Xatırladaq ki, ötən il oktyabrın 29-da NASA-nın Vircinia ştatının Uollops (Wallops) adasındakı stansiyasından havaya qalxan raket havaya qalxdıqdan bir neçə saniyə sonra partlamışdı. Həmin raketin də beynəlxalq kosmik stansiyaya ərzaq və texniki vasitələr apardığı bildirilmişdi.

Teqlər