İyul 05, 2015 13:38 Asia/Baku
  • Türkiyədə Çin dövlətinə qarşı aksiya
    Türkiyədə Çin dövlətinə qarşı aksiya

Türkiyənin İstanbul şəhərinin əhalisi Çində orucluğun qadağan edlməsi əleyhinə aksiya keçirib.

Huriyyət Deyli Nyus-un məlumatına görə, İstanbul şəhərinin əhalisi dünən bu şəhərin baş küçələrinə çıxaraq, Çində orucluğun qadağan edilməsinin ləğv olunmasını tələb edib.
Eyni zamanda, bir qrup türk etirazçı Çin vətəndaşları zənn etdiyi bir qrup koreyalı turistə hücum etmək niyyətində olub ki, İstanbul şəhərinin polis məmurları onun qarşısını alıblar.
İstanbul polisi gözyaşardıcı qazdan istifadə edərək, etirazçıları dağıdıb.
Ötən həftə Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanatda bildirmişdi ki, bu ölkənin Çində idarə işçiləri, fəhlələr, məktəblilər və müəllimlərin oruc tutmalarının qadağan olunmasına olan etirazı Çinin Ankaradakı səfrinin nəzərinə çatdırılıb.
Çin dövlətinin müsəlmanların bu ölkənin müxtəlif məntəqələrində oruc tutmalarını qadağan etməsi müsəlman ölkələrdəki bəzi dini orqanların reaksiyalarına səbəb olub.

Teqlər