Çikaqoda silahlı insidentlərdə 7 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i195570-Çikaqoda_silahlı_insidentlərdə_7_nəfər_həlak_olub
ABŞ polisi bildirib ki, Çikaqo şəhərində baş verən 33 insident nəticəsində 7 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2015 06:54 Asia/Baku
  • Çikaqoda silahlı insidentlərdə 7 nəfər həlak olub
    Çikaqoda silahlı insidentlərdə 7 nəfər həlak olub

ABŞ polisi bildirib ki, Çikaqo şəhərində baş verən 33 insident nəticəsində 7 nəfər həlak olub.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, ABŞ polisi bildirib: Silahlı insidentlər Amerikanın istiqlaliyyət günü və bu gün şənlikləri zamanı baş verib.
Məlumata görə, həlak olanlar arasında 16 yaşlı oğlan, 15 yaşlı qız və 7 yaşlı uşaq da vardır. Onlar əsasən sinə nahiyəsindən vurulublar.
İyulun 4-ü Amerikanın 1776-cı ildə İngiltərə imperatorluğundan istiqlaliyyətini elan etdiyi gündür.