Yunanıstan banklarının tətili uzadılıb
İyul 09, 2015 10:32 Asia/Baku
-
Yunanıstan banklarının tətili uzadılıb
Yunanıstan dövləti bu ölkə banklarının tətilinin gələn həftəyədək uzadılmasından xəbər verib.
Frans-Press-in məlumatına görə, Yunanıstanın Maliyyə Nazirliyindəki bir mənbə bildirib ki, bu ölkə bankları bazar ertəsi gününədək bağlı qalacaqlar.Yunanıstan banklarının tətili 28 iyundan başlanıb və nağd pul çatışmazlığı ilə mübarizə üçün banklardan pul götürmək gündə 66 dollaradək məhdudlaşdırılıb.
Yunanıstanda banklar və birja bazarının bağlı qalmasının ardınca bu ölkənin baş naziri Aleksis Sipras bir teleçıxışda həmin ölkə televiziyasını asayişi qorumağa səsləyib.