İyul 09, 2015 13:20 Asia/Baku
  • İranın nüvə müzakirələri ən çətin etapa daxil olub
    İranın nüvə müzakirələri ən çətin etapa daxil olub

Rusiya xarici işlər nazirinin müavini bildirib ki, İran ilə altılıq qrupunun nüvə müzakirələri ən çətin etapa daxil olub.

Röyters-in verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu gün bu ölkənin Ufa şəhərində keçirilən BRİKS(BRİCS) ölkələrinin sammiti kənarında müxbirlərə deyib: İran ilə 5+1 qrupu arasındakı nüvə müzakirələri özünün ən çətin etapına daxil olub, lakin bütün müzakirə tərəfləri Tehranın təqdim etdiyi yeni təkliflər üzərində işləməklə məşğuldurlar.
Ryabkov əlavə edib: Bu müzakirələr zirvəni fəth etmək istiqamətində alpinizmə bənzəyir; yolun 95 faizi arxada qalıb və təkmilləşib, lakin hələ bir neçə addım qalıbdır. Zirvəni fəth etmək üçün ən çətin mərhələ sayılan zirvəyə bir neçə metr qalıb.
İran ilə 5+1 qrupu 2015-ci il 30 iyun möhlətinədək əhatəli razılaşmaya çata bilməyiblər və iki müzakirə tərəfi nüvə müzakirələrini əvvəlcə yeddi gün, yəni iyulun yeddisinədək, sonra isə iyulun onunadək uzadıb.

Teqlər