Nüvə müzakirələri davam edir
İyul 12, 2015 09:31 Asia/Baku
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və aBŞ dövlət katibi Con Kerrinin müştərək iclası Vyanada keçirilib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri və ABŞ dövlət katibinin şənbə gecə Vyananın Koburq otelindəki iclasında iki tərəf nüvə anlaşmasının əldə olunması yolları barəsində danışıqlar aparıblar.Fransa xarici işlər naziri Loran Fabius və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da şənbə günü günortadan sonra ayrı-ayrılıqda İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşərək danışıqlar aparıblar.
Əl-Myadin televiziyası da Kerri və Zərifin iclası sona çatdıqdan sonra 5+1 qrupunun xarici işlər nazirlərinin iclasının keçirildiyini bildirib.
İran xarici işlər nazirinin görüşləri ilə yanaşı, Zərifin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi ötən gün günortadan sonra ilk öncə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidt, sonra isə ABŞ dövlət katibinin müavini Vendi Şerman və ABŞ prezidentinin xüsusi köməkçisi Robert Moli ilə danışıqlar aparıblar.
ABŞ və Avropa ötən gün Cenevrə Müştərək Təşəbbüs Proqramının icra müddətini 13 iyula qədər uzadıblar.