BMT Yəməndə atəşkəsin pozulmasından təəssüfləndi
İyul 14, 2015 09:21 Asia/Baku
-
BMT Yəməndə atəşkəsin pozulmasından təəssüfləndi
BMT baş katibi Yəməndə atəşkəsə riayət olunmamasından narazılıq edib.
Səhər Beynəlxalq Televiziyasının Röytersə istinadla verdiyi məlumata görə, BMT baş katibi Ban Ki Munun sözçüsü Stefan Dujarric bazar ertəsi günü bildirib: Ban Ki Mun Yəməndə humanist addım olan atəşkəsin reallaşmamasından təəssüflənir.BMT baş katibinin sözçüsü əlavə edib: Ərəbistanın Yəmənə hava hücumlarının davam etməsinə baxmayaraq, BMT-yə bağlı humanitar qurumlar bəzi humanitar yardımları Yəmən vətəndaşlarına çatdıra bilmişlər.
BMT cümə gecədən mübarək Ramazan ayının sonuna qədər Yəməndə atəşkəs elan edib. Lakin Ərəbistan qırıcı təyyarələri atəşkəs elan olunduqdan 2 saat sonra Yəmən paytaxtı Səna və Təiz vilayətində bir sıra bölgələri bombardman ediblər və bu hücumlar hələ də davam etməkdədir.