Obama: Bu anlaşmanı davam etdirməməyimiz məsuliyyətsizlik idi
İyul 14, 2015 20:22 Asia/Baku
ABŞ prezidenti Barak Obama deyib: Anlaşma bizim qırmızı xətlərimizə riayət edib və mən bu anlaşmanın yolu üzərində maneə olacaq Konqresdəki hər bir qərara veto qoyacam.
Bu sözləri ABŞ prezidenti çərşənbə axşamı günü İran və Altılıq qrupu arasında nüvə müzakirələrinin yekunu barəsindəki müştərək bəyannamə oxunduqdan sonra Vaşinqtonda etdiyi çıxışında deyib.Ölkəsinin hamıdan çox bu anlaşmaya ehtiyacı olduğu ABŞ prezidenti sözlərini davam etdirib: Fikrimcə bu anlaşmanı davam etdirməməyimiz məsuliyyətsizlik idi.
"Mən Konqresin öhdəliklərin uğurlu icrasına mane olacaq hər bir qanununa veto qoyacağam. Biz qarşısı alınmayacaq çəkişmə prosesinə girməməliyik. Bu seçimlərə arxa çevirməyin bu qədər yuxarı olduğu halda siyasi meydan oxumağın vaxtı deyil. Sərt danışmaq və sərt mövqelər sərgiləmək cavab vermir" -deyə Obama bildirib.
ABŞ prezidenti əlavə edib: Mən dəfələrlə İran xalqına aydın şəkildə demişəm ki, biz həmişə sizinlə anlaşmaya hazırıq. Hörmətə əsaslanan anlaşma. Bizim ixtilaflarımızın ciddi olmasına baxmayaraq.
Amerika prezidenti bildirib: Bu anlaşma yeni yolda hərəkət etmək və bu fürsətdən istifadə etmək üçün imkan yaradır.