Mərakeşdə iki xristian gənc İslamı qəbul edib
İyul 17, 2015 12:54 Asia/Baku
Mərakeşdə Fransa və İsveçrə vətəndaşlıqlarına malik olan iki xristian gənc müqəddəs İslam dinini qəbul edib.
Beynəlxalq Quran Xəbər Agentliyi- IKNA-nın məlumatına görə, bu iki avropalı gənc cari həftədə Mərakeşin ən böyük məscidi olan Kətibə məscidinə gələrək, minlərlə namazqılanın gözləri önündə İslam dininə iman gətirib.Fransalı gənc adını dəyişərək, Adəm, isveçrəli isə Mustafa kimi islami adları seçiblər.
Bu məlumata görə, hər il mübarək Ramazan ayı boyunca Kətibə məscidi bir qrup qeyri-müsəlmanın müqəddəs İslam dinini qəbul etməsinin şahidi olur.
Son illərdə İslam ilə tanış olmaq və bu barədə mütaliə niyyəti ilə Mərakeşə səfər edən bir qrup qeyri-müsəlman sonda müsəlman olur.