Rusiya prezidenti yeni silahlar istehsalının önəmini vurğulayıb
https://azeri.sahartv.ir/news/dünya-i195987-rusiya_prezidenti_yeni_silahlar_istehsalının_önəmini_vurğulayıb
Rusiya prezidenti Vladimir Putin yeni silahlar istehsalının bu ölkənin müdafiə əsasının yaxşılaşmasına və iqtisadi inkişafa zamin adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2015 14:45 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin yeni silahlar istehsalının bu ölkənin müdafiə əsasının yaxşılaşmasına və iqtisadi inkişafa zamin adlandırıb.

Rusiya prezidenti dünən bildirib ki, yeni silahlar istehsalı nəinki bu ölkənin müdafiə qüdrətini gücləndirəcək, həm də Rusiyanın iqtisadi inkişafına zamin olacaq.
Putinin sözlərinə görə, yeni silahlar istehsalı ölkənin müdafiə əsası və qüdrətinin güclənməsi baxımından böyük önəm daşıyır və Rusiya dövləti qabaqklı illərdə bu hədəfin reallaşması üçün iri məbləğlər xərcləyibdir.
Rusiya hazırda Amerikadan sonra ikinci böyük hərbi silah və sursat ixracatçısı sayılır.