Serbiya hərbçilərinin Ukraynanın şərqində gedən toqquşmalarda iştirakı təkzib edildi
https://azeri.sahartv.ir/news/dünya-i196001-serbiya_hərbçilərinin_ukraynanın_şərqində_gedən_toqquşmalarda_iştirakı_təkzib_edildi
Serbiyanın xarici işlər naziri bu ölkə hərbçilərinin Ukraynanın şərqində qiyamçılara kömək etməsi xəbərini təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2015 09:42 Asia/Baku
  • Serbiya hərbçilərinin Ukraynanın şərqində gedən toqquşmalarda iştirakı təkzib edildi
    Serbiya hərbçilərinin Ukraynanın şərqində gedən toqquşmalarda iştirakı təkzib edildi

Serbiyanın xarici işlər naziri bu ölkə hərbçilərinin Ukraynanın şərqində qiyamçılara kömək etməsi xəbərini təkzib edib.

İnterfaks xəbər agentliyinin verdiyi məlumata görə, Serbiya xarici işlər naziri İviça Daçiç cümə günü Kiyevdə bir mətbuat konfransında deyib: Serbiya hərbçiləri Ukraynanın şərqində müxalifləri himayə məqsədilə savaşmırlar.
Daçiç əlavə edib: Xəbərlər yayılıb ki, Serbiya hərbçiləri Ukrayna hökuməti ilə müxalif olanları himayə etmək üçün savaşırlar. Amma, bu belə deyil.
Daçiç Serbiyada bu kimi hərəkətlərin cinayət məsuliyyəti daşıdığını da bildirib.
2015-ci ilin fevralında əldə olunan anlaşmaya əsasən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynada cərəyan edən hadisələrə və toqquşmalara nəzarət etmək və bu barədə beynəlxalq dairələrə hesabat təqdim etmək kimi bir məsuliyyətə malikdir.