İyul 18, 2015 17:13 Asia/Baku
  • C.Kerri: Dünyada elə bir ölkə yoxdur ki,
    C.Kerri: Dünyada elə bir ölkə yoxdur ki, "hər zaman və hər yerdə təftişlərin aparılması"na icazə vermiş olsun

ABŞ dövlət katibi: İran və 5+1 qrupu arasında baş tutan müzakirələrdə "hər zaman və hər yerdə təftişlərin aparılması" məsələsi heç vaxt mübahisə mövzusu olmayıb.

İLNA xəbər agentliyinin məlumatına görə, Con Kerri BBC kanalı ilə müsahibədə deyib: İran və 5+1 qrupu arasındakı müzakirələrin iştirakçıları heç vaxt İranın nüvə təsisatları barədə "hər zaman və hər yerdə təftişlərin aparılması" məsələsi barədə ətraflı formada danışıqlar aparmayıblar.
C.Kerri əlavə edib: Dünyada elə bir ölkə yoxdur ki, "hər zaman və hər yerdə təftişlərin aparılması"na icazə vermiş olsun.
ABŞ dövlət katibi "hər zaman və hər yerdə təftişlərin aparılması"nın siyasi bir termin olduğunu və silahlara tam nəzarəti nəzərdə tutmadığını bildirib.
Kerri daha sonra deyib: Bütün təsisatlarda təftişlərin aparılması kimi bir qərar yoxdur. Sadəcə bəzi təsisatlar və bir sıra məsul şəxslər barədə suallar var ki, onlara aydınlıq gətirilməlidir və bu xüsusda hesabatın təqdim edilməsindən öncə heç bir sanksiya tam olaraq ləğv edilməyəcək.

Teqlər