Ukraynada gedən toqquşmalarda 3 nəfər həlak olub
İyul 19, 2015 04:43 Asia/Baku
-
Ukraynada gedən toqquşmalarda 3 nəfər həlak olub
Ukrayna ordusunun sözçüsü ölkənin şərqində, münaqişə məntəqələrində iğtişaşçıların atəş açması nəticəsində 3 nəfərin həlak olmasından xəbər verib.
İRNA-nın məlumatına görə, Ukrayna ordusunun sözçüsü Andrey Lizenko həlak olanlardan birinin hərbçi olduğunu bildirib. Bu məlumata görə, atışma zamanı daha 4 nəfər də yaralanıb.A.Lizentoku həmçinin bildirib ki, müxalif qüvvələr beynəlxalq müşahidəçilərin monitorinqindən amanda qalmaq üçün gecələr hücum edirlər.
Müxalif qüvvələr də qarşılıqlı olaraq Ukrayna ordusunu yaşayış məntəqələrinə və sivil infrastrukturlara qarşı atəş açmaqda ittiham ediblər.
Digər tərəfdən Ukraynanın Milli Təhlükəsizlik Şurası bir bəyanat yayaraq, ötən həftənin çərşənbə günü baş vermiş toqquşmaları cari ilin fevral ayında imzalanan Minsk anlaşmasından sonra baş verən ən ağır toqquşma adlandırıb. Bu toqquşmalarda 8 nəfər həlak olmuş, 16 nəfər isə yaralanmışdı.
Ukrayna hökuməti və müxalifləri Almaniya və Fransanın vasitəçiliyi habelə, Rusiyanın iştirakı ilə cari ilin fevral ayında Ukraynanın şərqində atəşkəsin bərqərar edilməsi ilə bağlı razılığa gəliblər. Buna baxmayaraq, tərəflər davamlı olaraq qarşı tərəfi atəşkəsi pozmaqda ittiham edir.
Ukraynada ötən ilin aprel ayından başlayan toqquşmalarda indiyə kimi 6500 nəfər həlak olub.
Teqlər