İyul 20, 2015 08:37 Asia/Baku
  • Nüvə müzakirələrinin yekun nəticəsi ABŞ Konqresinə göndərildi
    Nüvə müzakirələrinin yekun nəticəsi ABŞ Konqresinə göndərildi

ABŞ Dövlət Departamenti İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrinin yekun nəticəsi və ona edilən əlavələri araşdırması üçün Konqresə göndərib.

Röyters-in Vaşinqtondan verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti dünən bazar günü bir bəyanat yayaraq, bildirib ki, Konqresə göndərilən sənədlər müzakirələrin yekun nəticəsi və ona edilən əlavələrlə yanaşı, məxfi olmayan ümumi bir hesabat və məxfi məlumatları əhatə edən əlavələrdən ibarətdir.
ABŞ Dövlət Departamentinin bəyanatına əsasən Konqres bazar ertəsi günündən etibarən İran ilə əldə olunmuş nüvə anlaşmasını araşdırmaq və öz nəzərini elan etmək üçün 60 günlük bir möhlətə malikdir.
ABŞ Konqresi tərəfindən qəbul edilən və may ayında bu ölkə prezidenti Barak Obama tərəfindən imzalandıqdan sonra qüvvəyə minən qanuna əsasən ABŞ-ın Nümayəndələr Məclisi və Senatı İran ilə nüvə müzakirələrinin yekun nəticəsini araşdırmaq daha sonra səsvermə yolu ilə onu təsdiq və ya rədd etmək üçün 60 günlük fürsətə malikdir.
ABŞ prezidenti Barak Obama İran ilə əldə olunan nüvə anlaşmasını müdafiə və xəbərdarlıq edib ki, Konqresin bu anlaşmanın icrasına mane olacaq istənilən addımını veto edəcək.
İran və 5+1 qrupu bir neçə ay davam edən müzakirələrin ardınca 14 iyul 2015-ci il tarixində yekun nəticənin əldə edilməsinə nail olublar.

Teqlər