İyul 22, 2015 09:27 Asia/Baku
  • Filip Hamund
    Filip Hamund

İngiltərənin xarici işlər naziri deyib: London Suriya prezidenti Bəşşar Əsəd hökumətinin devrilməsində maraqlı deyil, sadəcə bu ölkədə qüdrətin siyasi yolla ötürülməsini istəyir.

Türkiyənin Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Filip Hamund çərşənbə axşamı İngiltərə Parlamentinin üzvləri qarşısında çıxışı zamanı İraq və Suriyada İŞİD terror qruplaşmasının məhv edilməsi zərurətinə təkid edərək, deyib: Qərbin İraq və Suriyaya qoşun yeritməsi bu iki ölkənin problemləri üçün həll yolu sayılmır.
Hamund Suriya və İraqdakı səhvlərin təkrarlanmasının qarşısının alınmasına təkid edib və deyib: Əgər Əsəd hökumətinin dövlət strukturları süqut edərsə, nəzərdə tutulmuş məqsədlər gerçəkləşməyəcək. Buna görə də hazırda əsas məqsəd mövcud dövlət quruluşunun qorunması ilə qüdrətin ötürülməsinə və siyasi dəyişikliyə nail olmaqdır. Suriya xalqının rəyi və Suriyanın müstəqilliyini nəzərə almayan istənilən növ həll yolu qeyri demokratik olması ilə yanaşı, beynəlxalq qanunlara da zidd olmuş olacaq və Suriya böhranının həlli ilə nəticələnməyəcək.

Teqlər