İyul 22, 2015 19:39 Asia/Baku
  • Ramazan Kadırov
    Ramazan Kadırov

Çeçenistan Muxtar Respublikasının prezidenti İŞİD-ə qoşulan Rusiya vətəndaşlarının vətəndaşlıq hüququnun ləğv edilməsini istədi.

İRNA-nın məlumatına görə, Ramazan Kadırov İŞİD-ə qoşulan çeçenlərə xəbərdarlıq edərək, deyib: İŞİD-ə qoşulmaq üçün Suriya və İraqa gedən çeçenlər bilməlidirlər ki, onların Çeçenistana qayıdış yolları bağlanmışdır.
R.Kadırov əlavə edib: Bu qruplaşmanın üzvləri İslam ölkələrində terror aktları törədirlər və onların məqsədi müsəlmanları qırmaq, bu ölkələrin iqtisadiyyatına zərbə vurmaq və onları parçalamaqdır.
Çeçenistan prezidenti daha sonra deyib: Çeçenistanın təhlükəsizlik orqanlarının əməliyyat tədbirləri yüksək səviyyədə olacaq və terrorçuların fəaliyyətlərini önləyəcək.
Rusiyanın Federal Təhlükəsizlik Təşkilatının sədri Aleksandr Bortnikov da deyib: 1700-dən çox Rusiya vətəndaşı İŞİD-ə qoşulmaq üçün İraqa gedib.

Teqlər