Sabiq konqresmen: İranın nüvə proqramının məhdudlaşması təəssüfləndiricidir
İyul 23, 2015 10:10 Asia/Baku
ABŞ Konqresinin sabiq nümayəndəsi və respublikaçı senatorun atası İrana qarşı snaksiyaların tətbiq olunmasını müharibənin elan edilməsi olduğunu bildirərək İranın nüvə proqramının məhdudlaşmasını təəssüfləndirici adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının Təsnim İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, dəfələrlə Amerikanın sionist rejimə hərbi yardımlarının dayandırılmasını istəyən və Qəzzə və Həmas qarşısında Amerikanın İsraili birtərəfli şəkildə dəstəkləməsini tənqid atəşinə tutan sabiq konqresmen və prezidentliyə namizəd senator Rend Polun atası Ran Pol Sülh Uğrunda Ran müəssisəsinin internet portalında yayımlanan məqalədə İranın nüvə proqramını dəstəkləyib.Amerika Konqresinin sabiq nümayəndəsi yazıb: Təəssüfləndiricidir ki, İran öz hakimiyyətini müəyyən qədər itirməyə və nüvə proqramı üçün məhdudiyyətləri qəbul etməyə məcbur oldu. Halbuki bu proqram Nüvə Silahlarının Yayılmamasına dair Sazişi pozmamışdı.
Pol əlavə edib: Lakin əgər onun nəticəsi sanksiyaların sonu və mühafizəkarların hücumundan müvəqqəti olsa da, xilas olmaq istiqamətində olarsa, bu anlaşmaya görə sevinmək lazımdır.
Pol bu məqalədə yazır: İran anlaşması Obamanın qaranlıq prezidentliyi dövründə iki önəmli nailiyyətdən biri idi.
Pol digər nailiyyəti isə Kuba hökuməti ilə əlaqələrin normallaşdırılması adlandırıb.
Sabiq konqresmen Müştərək Təşəbbüs Proqramının icrasının qarşısını almaq üzrə ifrat konqresmenlərin səyləri barəsində yazıb: Hazırda İranla gəlirli ticarət perspektivi ilə qarşılaşan müttəfiqlərimizdən hansı biri bir daha sanksiya günlərinə qayıtmağı dəstəkləyəcəkdir? Onlardan hansı biri güclü ticarət tərəfdaşı və nüvə proqramına qəfil yoxlamalar keçirmək icazəsini vermək qədər məntiqli olduğunu sübuta yetirən İrana hücumu dəstəkləyəcəkdir?
Ran Pol İrana qarşı sanksiyaları müharibənin elan olunması adlandırıb və bildirib ki, İranla nüvə anlaşması xalqlar arasında dostluqla nəticələnəcəkdir.
"Soyuq müharibənin sona çatdığı və hərbi sənaye toplusu böyük hərbi xərcləri əsaslandırmaq üçün yeni düşmənçiliyi istədiyi zamanda qərara aldı ki, Amerikanın qarşısında İran yeni təhdid olmalıdır. Həmin zamanda sanksiyalar meydana daxil oldu" -deyə Pol əlavə edib.