ABŞ Nümayəndələr Palatası Müştərək Təşəbbüs Proqramının icrasına əngəl olur
İyul 23, 2015 13:57 Asia/Baku
ABŞ hökumətinin İranla Altılıq qrupu arasındakı nüvə müzakirələrinin yekununu dəstəkləməsinə baxmayaraq, Nümayəndələr Palatasının rəhbəri deyir ki, onun icra olunmasının qarşısını almaq üçün hər bir işi görəcək.
Səhər Beynəlxalq Televiziyasının Röyters Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, ABŞ Nümayəndələr Palatasının rəhbəri Con Boyner çərşənbə günü deyib: Digər konqresmenlərlə birlikdə İran və 5+1 Qrupu arasındakı Müştərək Təşəbbüs Proqramının icrasına doğru hərəkətin qarşısını almaq üçün bacardıqları hər bir işi görəcək.İsrail rejimi çərşənbə günü bu proqramın prosesinə zərbə vurmaq üçün Konqres üzvlərinə təzyiqi davam etdirib və bununla əlaqədar bu rejimin Amerikadakı səfiri Ron Dermer Senatın 40 nəfərlik qrupu ilə görüşüb.
Proqnoz olunur ki, Amerika Konqresi konqresmenlər avqust istirahətindən qayıtdıqdan sonra bu məsələ barəsində səsvermə keçirəcək.