İyul 24, 2015 10:04 Asia/Baku
  • ABŞ-ın Luiziana ştatında silahlı insident
    ABŞ-ın Luiziana ştatında silahlı insident

ABŞ polisi Luiziana ştatında silahlı insident nəticəsində 3 nəfərin öldüyünü bildirib.

Səhər Beynəlxalq Televiziyasının CNN-ə istinadla verdiyi məlumata görə, Amerika polisi bildirib: Cümə axşamı gecə Luiziana ştatında bir kinoteatrda baş verən silahlı insident nəticəsində 3 nəfər, o cümlədən atəş açan şəxs həlak olub, 7 nəfər də yaralanıb.
Məlumata görə, polis rəsmiləri atəş açanın kim olduğunu bilirlər. Lakin araşdırmanı daha yaxşı şəkildə izləmək üçün onun adını açıqlamırlar.
Luiziana ştatı polis idarəsindən general Maykl Edmonson bu hadisə barədə deyib: Bu hadisənin səbəbi ilə bağlı əlamət yoxdur.
Edmonson əlavə edib: 58 yaşlı bir ağdərili kişi cümə axşamı gecə kinoteatrda təxminən 100 nəfərin olduğu bir vaxtda atəş açmağa başlayıb və sonra intihar edib.

Teqlər