İyul 28, 2015 19:45 Asia/Baku
  • Vaşinqtonda aksiya
    Vaşinqtonda aksiya

Amerikalı fəalların bir qrupu Vaşinqtonda Ağ Ev qarşısında aksiya keçirərək, odlu silahlar sahəsində şərt qanun-qaydaların icrasını istəyibdir.

Anadolu xəbər agentliyinin məlumatına görə, amerikalı fəallar çərşənbə axşamı günü Ağ Ev qarşısında odlu silahlarla bağlı hazırkı qanunlara qarşı aksiya keçiriblər.
2012-ci ildə Koloradodakı bir kinoteatrda baş vermiş ölümcül atəşaçma hadisəsindən sonra təşkil olunmuş "Silah barədə məntiqli qanunlar tərəfdarı" adlı qrup hər həftə Vaşinqton şəhərindəki Pensilvaniya küçəsində aksiya keçirir ki, 1982-ci ildən qrup halında atəşaçmalarda həyatlarını itirmiş həlak olanların adlarını qiraət edərək, Amerikada odlu silahların daşınması və saxlanılması üzrə qanun-qaydalara etiraz etmiş olsun.
Odlu silahlara qarşı çıxan fəallar öz əlyazmaları ilə elan ediblər ki, "odlu silah kobudluğu ümumi bir məsələdir".

Teqlər