İyul 29, 2015 19:48 Asia/Baku
  • Molla Ömərin ölüm xəbəri yayıldı
    Molla Ömərin ölüm xəbəri yayıldı

Əfqanıstan prezidenti və hökumətin İcra Şurasının sədrinə yaxın dairələr Taliban başçısı Molla Məhəmməd Ömərin ölüm xəbərini təsdiqləyiblər.

Səhər Beynəlxalq Televiziyasının BBC-yə istinadlı məlumatına görə, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni və Milli Vəhdət Hökumətinin İcra Şurasının sədri Abdulla Abdullaya yaxın və adlarının açıqlanmasını istəməyən dairələr bildiriblər ki, Taliban başçısı Molla Məhəmməd Ömərin ölüm xəbəri Pakistan hökuməti tərəfindən Əfqanıstan rəsmilərinə verilib və Əfqanıstanın Milli Təhlükəsizlik Şurasının iclasında araşdırılıb.
Bu məlumata görə, Molla Ömər 2-3 il öncə ölüb.
Bu arada Əfqanıstan hökuməti bu xəbərin doğruluğunu təsdiqləməkdən çəkinib.
Əfqanıstan Prezident Aparatı sözçüsünün müavini Zəfər Haşimi Kabildə keçirdiyi mətbuat konfransında deyib: Kabil Taliban başçısının ölüm xəbəri barədəki məlumatları araşdırmaqdadır.
Taliban qrupu da hələlik bu xəbərin düz olub-olmamasını təsdiqləməyib.

Teqlər